Pirallahı adasında “Xəzər həftəsi”nə həsr olunmuş tədbir keçirilmişdir
27 sentyabr 2013 | 10:00
Bu günlərdə ARDNŞ-nin Ekologiya İdarəsi və “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin əməkdaşları tərəfindən Xəzər dənizi sahili ərazilərdə təmizlik aksiyası təşkil olunmuşdur.Tədbir şirkətin ekoloji maarifləndirmə və təbliğat proqramına uyğun olaraq keçirilmişdir. Çıxış edənlər ekoloji maarifləndirmə tədbirlərinin önəmini vurğulamış, diqqəti mədən ərazilərindəki təmizlik işlərinin aparılmasına yönəltmış və bu işdə analoji aksiyaların böyük əhəmiyyətini qeyd etmişlər. Tədbir zamanı Pirallahı adasında Xəzərin sahilboyu ərazilərində təmizlik işləri aparılmış, toplanılan zibil çeşidlənərək qablaşdırılmış və müvafiq qaydada ərazidən kənarlaşdırılmışdır.
Qeyd edək ki, BMT-nin qərarı ilə 1978-ci ildən hər il sentyabr ayının sonuncu həftəsi ''Beynəlxalq Dəniz Günü'' kimi qeyd olunur. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunması probleminə yönəltməkdir. Bununla əlaqədar hər il sentyabr ayının son həftəsi respublikamızda da “Xəzər həftəsi” elan olunur.