Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
14 iyul 2019 | 11:00
Azərbaycan xalqının böyük oğlu, türk dünyasının fəxri, müasir dünyanın görkəmli siyasi xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. O, keçdiyi əzəmətli, böyük ömür yolunda Vətənə sonsuz sevgi və sədaqəti, dərin zəkası, müdrik fenomenal rəhbərlik metodları, dəmir iradəsi ilə xalqın yaddaşında əbədi yaşamaq hüququ qazandı. Bizim şanlı tariximiz sanki onun şəxsiyyətində olan qüdrət və əzəmət nişanələrində bir daha təzahür etdi. 50 il əvvəl başlanan həmin yol Ulu öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.
1970-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, minlərlə azərbaycanlı gəncin Sovetlər birliyinin aparıcı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə yüzlərlə yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu 2 dəfə artdı. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinin başı vaxtında əzilmişdir.
Heydər Əliyevin ideyaları bu gün də milli varlığımızın, birliyimizin təməl prinsiplərini gücləndirməyə xidmət edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, Vətənə xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.