Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi humanitar aksiyalar keçirir
26 iyul 2019 | 11:00
İyulun 26-da Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı ailələrlə görüş keçirildi. Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.
Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri daima onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.