Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı sakinlərinə Dünya Hepatitlə Mübarizə Günü ilə bağlı ödənişsiz müayinələr keçirildi

29 iyul 2019 | 11:00
    İyulun 29-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatcılığı, Azərbaycanda ilk şpris zavodu olan “Diamed Co” MMC-nin  və “Baku Clinic” tibb mərkəzinin dəstəyi ilə Ümumdünya Hepatit Günü münasibətilə “Gizli qatil HEPATİT bəlkə səni təqib edir?!” şüarı altında rayon sakinləri üçün könüllülük prinsipi əsasında, ödənişsiz Hepatit B, C analizləri götürüldü.
    Tədbirdə çıxış edən “Diamed Co” MMC-nin  və “Baku Clinic” tibb mərkəzinin təmsilçiləri bildirdilər ki, Azərbaycanda hepatitlərlə mübarizə sahəsində zəruri addımlar atılır. B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiya yaradılmış, xəstələrə zəruri dərman preparatları dövlət hesabına təqdim edilir, müalicə işi aparılır. Ölkədə aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi sahəsində, eləcə də görülən antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olmuşdur.
    Tədbir zamanı hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə ətraflı məlumat verildi. Həyata keçirilən tədbirlər, həmçinin, 2013-cü ildən yeni preparatların tətbiqi nəticəsində 95 faizdən artıq sağalmaya nail olunmuşdur. Hazırda qeydiyyatdan keçən yeni preparatlar hepatit xəstələrinin sağalıb həyata qaytarılmasında xüsusilə böyük rol oynayır.
    Qeyd edək ki, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, virusları vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşı məlumatlandırmaqdır.
 
 
 
Keçidlər