Prezident İlham Əliyev Pirallahı rayonuna növbəti dəfə səfər etdi
07 avqust 2019 | 11:00
Bu gün, avqust ayının 7-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı rayonunda oldular.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonun sosial-iqtisadi göstəriciləri, görülən abadlıq-quruculuq işləri və gələcək perspektiv layihələr barəsində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ətraflı məlumat verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər. Qeyd edək ki, inzibati binanın inşası Prezident İlham Əliyevin 20170-ci il avqustun 1-də "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq aparılmışdır.
Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Gənclər Mərkəzinin açılışında iştirak etdilər. Qeyd edək ki, Mərkəzdə Ulu öndər Heydər Əliyevin adını daşıyan və onun həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyat yerləşir, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuza səfərlərindən hazırlanmış foto-stendlər asılıb. Burada akt, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, bacarıqlı əllər kimi dərnəklər və sərgi salonu, eyni zamanda “Tariximiz - qan yaddaşımız!” guşəsi fəaliyyət göstərəcəkdir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak etdilər.
Bundan başqa, Pirallahıda yeni inşa olunmuş "Mirvari" Park Kompleksi və "Nərəkənd" balıqyetişdirmə kompleksi istifadəyə verilib. Qeyd edək ki, “Mirvari” parkının daxilində “Ahılların Günərzi Mərkəzi” kimi fəaliyyət göstərən iaşə obyekti inşa olunmuşdur. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcəkdir. Obyektin qarşısında ASAN xidmətin “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində açıq səma altında Qarabağ müharibəsi əlillərinin rəsm əsərlərindən və müxtəlif səpgidə dekorativ əl işlərindən ibarət sərgi təşkil olunmuş və həmin işlər rayon icra hakimiyyəti tərəfindən satın alınmışdır. Pirallahı adasının girişində təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 iyul 2017-ci il tarixində qoyulmuş “Nərəkənd” balıqyetişdirmə kompleksinin qapalı tipli istehsal sexləri inşa olunmuşdur. Kompleksin ümumi sahəsi 6,0 ha, inşa olunan qapalı tipli istehsal sexlərinin sahəsi isə 6560 m²-dir. İlkin mərhələdə illik istehsal gücü 75 ton nərə, 25,0 ton çökə əti və 4,0 ton qara kürüdən ibarət olacaqdır. Burada 30 iş yerinin açılması nəzərdə tutulur və perspektivdə yerlərin sayı 70-ə çatdırılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksində inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2017-ci il tarixli, 3137 №-li Sərəncamına uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində ayrılmış 6,5 ha ərazidə 28 hündürmərtəbəli, çoxmənzilli binadan ibarət 807 mənzilli yeni yaşayış kompleksi inşa olunur. Kompleksə 340 şagird-yerlik bir məktəb binası, 120 yerlik iki uşaq bağçası, 3 idman meydançası və velosiped zolağı daxildir. İlkin mərhələdə biri 9, ikisi 6 mərtəbəli olmaqla 114 mənzildən ibarət 3 binanın tikintisi başa çatdırılır.