Pirallahı idmançıları Dünya çempionatının qalibi oldular
01 oktyabr 2013 | 10:00
Ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə rayon statusu almış Pirallahının idmançıları beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər. Sentyabr ayının 21 - 22-də Yaponiyanın Miyaqi şəhərinin Zao prefekturasında keçirilmiş Koşıki Karate üzrə XIX Dünya çempionatında Azərbaycanı təmsil edən 7 idmançı arasında ən yüksək nəticəni Pirallahı idmançısı 3-cü Dan qara kəmər, beynəlxalq dərəcəli hakim Nazim Gülağa oğlu Mövsümzadə göstərmişdir. Şəxsi KATA yarışlarında 5-qat dünya çempionu kanadalı Pol Cekson, Avstraliyanı təmsil edən Nik Kinq, tatami sahibi Yukio Sakamoto kimi adlı-sanlı karateçiləri geridə qoyan Nazim Mövsümzadə qızıl medala layiq görülüb, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Gündoğar ölkədə Azərbaycan himnini səsləndirib, dövlətimizin üçrəngli bayrağını dalğalandırıb. Azərbaycan karateçiləri komanda hesabında da yüksək nəticə əldə ediblər. Onlar yalnız ev sahibləri, karatenin yaradıcıları - Yaponiya idmançılarını irəli buraxmış, fəxri kürsüdə II yeri tutaraq Dünya birinciliyinin gümüş medallarına layiq görülmüşlər.
Pirallahıya daha bir xoş xəbər uzaq Tailanddan gəlmişdir. Bu ölkənin paytaxtı Banqkok şəhərində baş tutmuş tayboks üzrə XVIII Dünya birinciliyində qızıl medal qazanmış 5 Azərbaycan idmançısından biri də Pirallahı rayonunu təmsil edən Mərdan Vəliyev olmuşdur. 67 kiloqram çəki dərəcəsində rəqib tanımayan Avropa çempionu Mərdan Vəliyev ilk dəfə Dünya çempionluğunun sevincini də yaşamışdır. Fərəhləndirici haldır ki, onun şəxsi məşqçisi elə 3-cü Dan qara kəmər ustası Nazim Mövsümzadədir. Hər iki çempion qazandıqları nailiyyətlərə, onlara göstərilən qayğı və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikası Koşıki Karate Federasiyasının Fəxri prezidenti, akademik Arif Paşayevə, Koşıki Karate Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər Talıb Berzigiyarova, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova, eləcə də Mərdan Vəliyevin hazırda təmsil etdiyi ARDNŞ-in və Sİİ “Neftçi” İSM-in rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər, bundan sonra da beynəlxalq arenada Azərbaycan bayrağını ucaltmaq üçün var qüvvə ilə çalışacaqlarını bəyan etdilər.