Pirallahı rayonunda 2019-cu ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
08 avqust 2019 | 11:00
Avqustun 8-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə rayonda görülən abadlıq-quruculuq işləri haqqında bəhs edən videoçarx nümayış olundu.
Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq iyulun 31-də Prezident yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin 2019-cu ilin sosial islahatlar ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. 2019 – cu ilin əvvəlində imzalanan sosial tədbirlər paketi 4 milyondan çox insanı əhatə edir. O qeyd edib ki, ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən də qeyri-neft sektoru üzrə inkişaf dinamikası ildən–ilə artmaqdadır. Ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Təkcə ölkəmizin son altı ayında büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb, ticarət dövriyyəsi 20 faizdən çox, əhalinin gəlirləri 6,6 faiz artıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması Azərbaycanın inkişafının bariz nümunəsidir.
Vasif İmanov çıxışı zamanı xüsusi qeyd etdi ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuza üç dəfə səfər etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed-Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. Zavodda 150 yeni iş yeri yaradılmışdır. Burada inşa olunan dərman preparatları zavodunda tikinti-quraşdırma işləri başa çatdırılmaq üzrədir. Zavodda dərman vasitələrinin istehsalı və qablaşdırılması işləri aparılacaqdır. Eyni zamanda Sənaye Parkının ərazisində daha iki zavodun - uşaq bezləri və zəfəran mənşəli dərman vasitələrinin istehsalı zavodlarının inşasına başlanılmışdır. Ərazidə şaquli planlaşdırma işləri və hasarın tikintisi aparılmışdır.
Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə hər biri 72 mənzilli olmaqla 2 və 1-i 162 mənzilli olmaqla 306 mənzildən ibarət 3 döqquzmərtəbəli, 220 şagird-yerlik bir məktəb binası istifadəyə verilmişdir. 5 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kompleksin açılış mərasimdə iştirak etmişlər.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva RİH və YAP inzibati binalarının, Gənclər Mərkəzinin, “Mirvari” Parkının, “ Nərəkənd” balıqyetişdirmə kompleksinin açılış mərasimində iştirak etdilər. Həmçinin qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular.
Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən natiq rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Bakı şəhər rayonları arasında yaradılacaq ilk “Pirallahı Uşaq Günərzi və Reabilitasiya ” və “Ahılların Günərzi Qayğı” Mərkəzləri istifadəyə verildi.
Həmçinin natiq çıxışında bildirdi ki, rayonumuzda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, Pirallahı qəsəbəsi K.Rzayev, 40-cı məhəllə, Yavər Əliyev (əvvəlki adı Əzizbəyov) küçələrində abadlıq işləri aparılmışdır. Məhəllədaxili yollara asfalt-beton örtüyü döşənmiş, səki daşları yenilənmiş, 4 ədəd söhbətgahın quraşdırılması işləri aparılmışdır. Yol boyu və məhəllədaxili sahələrdə müxtəlif növ ağaclar əkilmişdir. Bundan əlavə Sergey Murtuzəliyev küçəsində (əvvəlki adı Fioletov) məhəllədaxili abadlıq işləri aparılmış, daxili yolların asfaltlanması, səki daşlarının düzülməsi və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində İDEA İctimai Birliyinin dəstəyi ilə yeni abad məhəllənin tikinti işləri davam etdirilir. Məhəllə əsaslı şəkildə yenidən qurulur. Piyada səkiləri və avtomobil yollarının tikintisi aparılmışdır. Səki daşlarının qoyulması, yaşıllıq sahələrinə münbit torpağın verilməsi və gecə işıqlanma sisteminin quraşdırma işləri həyata keçirilir. Məhəllədəki binaların fasad və bloklarının təmiri işləri aparılmışdır. Futbol meydançasının tikintisi işlərinə başlanılmış, söhbətgahlar quraşdırılmışdır. Burada həmçinin uşaq oyun meydançalarının, idman alətlərinin və oturacaqların quraşdırılması, müxtəlif növ dekorativ ağac və gül kollarının əkilməsi nəzərdə tutulur. Pirallahı qəsəbəsində 6 yeni avtobus dayanacağı quraşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yarmarkalar təşkil olunur.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, hesabat dövrü 9000-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. O cümlədən müxtəlif növ şam ağacları, sərv ağacı, zeytun, oleandr, qızılgül kolu, dekorativ kollar və s. əkilmişdir. Mövcud yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin hamarlanması işləri aparılmışdır.
Hesabat ətrafında çıxış edən RİH başçısının müavini İsmayıl Əliyev, Pirallahı Rayon Məşğulluq Mərkəzinin direktoru Alim Bayramov, sahibkar Cəbrayıl Heydərov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Sonra sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.
Tədbirin sonunda rayon sahibkarı Cəbrayıl Heydərova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təqdim olundu.