Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi
04 sentyabr 2019 | 11:00
Sentyabrın 4-də 2018-2019-cu tədris ilinin yekunlarına və 2019-2020-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdə millət vəkili Rauf Əliyev, Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanova verildi.
RİH başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi.
İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən və çatışmazlıqlardan söz açan V.Səfixanov Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2018-2019-cu tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 2018-2019-cu tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 7 azərbaycan, 2 rus bölməsi olmaqla 169 nəfər orta məktəbi bitirmişdir, onlardan 136 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş və 115 nəfər tələbə adını qazanmışdır. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 80 %, sənəd verənlərin sayına nisbətən qəbul 84 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 24 % çox, sənəd verənlərin sayına nisbətən qəbul isə 4 % çoxdur. Beləliklə keçən illə müqayisədə qəbul olunanların sayı 33 nəfər çoxluq təşkil edir. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olanların 42 nəfər 200-dən 300-dək bal, 35 nəfər 300-400 bal arası, 15 nəfər 400-500 bal arası, 8 nəfər 500-600 bal arası, 1 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Sevindirici haldır ki, 243 nömrəli tam orta məktəbi qızıl medalla bitirən Mahmudova Nərgiz Gündüz qızı 637 bal toplayaraq Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
Bu il tələbə adı qazanmış məzunların təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun adını daim yüksəltməyə çalışacaqlarına inam ifadə edən natiq bildirdi ki, rayon ərazisində yerləşən bütün orta məktəblər Dövlət Proqramına əsasən əsaslı təmir edilir, müasir avadanlıq və kompüter sistemi ilə təchiz olunur. Hal-hazırda rayon ərazisində 6 ümumtəhsil müəssisəsi və bu il istifadəyə verilmiş Laçın rayon 220 yerlik Bozlu kənd orta məktəbi fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində rayon məktəblərində təhsil alan şagirdlərin sayı 2919 nəfər olmuşdur. Ümumilikdə rayon məktəblərində çalışan müəllimlərin sayı 243, texniki heyətin sayı isə 112 nəfər olmuşdur.
Millət vəkili Rauf Əliyev, 186 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov 235 №-li tam orta məktəbin müəlliməsi İlahə Allahverdiyeva, 186 №-li tam orta məktəbin şagirdi Aysel Novruzlu, valideyn Gündüz Mahmudov və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın I Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı Rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
Sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılma mərasimi keçirildi.
Tədbirə yekun vuran V.Səfixanov əldə olunan nailiyyətlərlə bağlı toplantı iştirakçılarını bir daha təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzuladı.