Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinləri ilə açıq havada səyyar görüş keçirildi

17 sentyabr 2019 | 11:00

     Sentyabrın 16-da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun  rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə RİH-in məsul əməkdaşları, dövlət idarələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
      Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.
      Daha sonra görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
     Sonda Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər