20 sentyabr - Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlanğıcıdır
20 sentyabr 2019 | 11:00
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır.
Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd olunur.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji strategiyası bu gün möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafı, dərin islahatları təmin edərək Azərbaycanı yeni-yeni zirvələrin fəthinə doğru aparır. 14 sentyabr 2017-ci il tarixdə Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması mərasimi keçirildi. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadır.
“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və “Neftçilər günü” münasibətilə Dünya dəniz neftinin beşiyi olan Neft Daşlarında “20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır” adlı tədbir keçirilib.
İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, gül dəstələri qoyuldu.
Sonra Neft daşlarının əsasını qoymuş Əməkdar mühəndis, professor Ağa Qurban oğlu Əliyev abidəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş olan qəhrəmanların Şəhidlər abidəsi və 1957-ci il faciəsində həlak olmuş şəhid neftçilərin xatirəsinə ucaldılmış abidə ziyarət olundu.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilərək tədbir açıq elan oldu və Azərbaycanın uğurlu neft strategiyasına, həmçinin Əsrin müqaviləsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açılış nitqi söylədi. O, neft sahəsində qazanılan uğurlardan danışaraq, müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Bununla da "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürünün 25 illiyini qeyd edirik deyə bildirdi.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilməsində müstəsna rolunu vurğuladı və neftçiləri peşə bayramları münasibətilə təbrik etdi.
“Neft daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçalı Mahmudov ilk öncə neft sənayesinin ölkə iqtisadiyyatının inkişafındakı mühüm mövqeyini vurğulayaraq, neftçiləri təbrik etdi.
Millət vəkili Hikmət Babaoğlu öz çıxışında vurğuladı ki, Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Əsrin müqaviləsinin əhəmiyyətindən və bu müqavilə vasitəsilə Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışdı və neftçilərə öz fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Millət vəkili Rauf Əliyev çıxış edərək neftçi peşəsinin vacibliyini vurğuladı və onları təbrik etdi.
Daha sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində aktiv iştirakına görə bir qrup neftçi fəxri fərmanla təltif olundu.
Tədbir bədii hissə ilə davam etdi.