Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda quruculuq və abadlıq işləri davam etdirilir

02 oktyabr 2013 | 10:00
 Pirallahı qəsəbəsində aparılan quruculuq və abadlıq işləri hazırda davam etdirilir. Magistral yolun kənarındakı ağaclar estetik baxımdan budanır, yaşıllıqlar salınır, torpaq örtüyü möhkəmləndirilir.
 Qəsəbənin Süleyman Bağırov küçəsində asfaltlanma işləri görülür. S.Bağırov küçəsində inşa olunan yeni qazanxanada işlər artıq tamamlanmaq üzrədir. Qəsəbə sakinlərinin müraciətini nəzərə alaraq 150 saylı marşrutun son dayanacağının yeri dəyişdirilmiş və sərnişinlər üçün daha əlverişli yerə - S.Vurğun küçəsindəki 9-mərtəbəli binanın yanına köçürülmüşdür. Burada hazırda yeni və müasir dayanacaq inşa olunmaqdadır. 29-cu məhəllədə və M.Əzizbəyov kücələrində səkilərin kənarına yeni bordür daşları düzülür. Ərazi tam şəkildə abadlaşdırılır.
Keçidlər