Pirallahıda Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi
11 oktyabr 2019 | 11:00
Oktyabrın 11-də Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə Ümümdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirdi ki, hər il oktyabrın 10-u bütün dünyada Ümümdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümümdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Məhz Ümümdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımı müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir, həmçinin psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır.
Azərbaycan QAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun pediatriya kafedrasının dosenti, tibb elmləri namizədi Mətanət Qaraxanova tədbir iştirakçılarına insanın kritik vəziyyətində keçirilən hallar, stress, depressiya və digər gərgin vəziyyətlərin xüsusiyyətləri, psixoloji davranışı və ətrafa verilən reaksiyalar barədə məlumatlar çatdırdı. Tədbirdə İlk Psixoloji Yardımda zərərçəkənin ətrafında olan ailə üzvlərinin, qohum və dostların kömək etmək imkanlarının gücləndirilməsinin vacibliyi vurğulandı.
Daha sonra İcbari tibbi sığorta üzrə maarifləndirmə layihəsinin rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışaraq, sualları cavablandırdı.
Sonra evlərə baş çəkməklə, telefon və ya internet vasitəsi ilə, dəstək qrupları və digər yollarla müxtəlif dəstək vasitələrlə ilk psixoloji yardım göstərilməsi barədə məlumatlar təqdimat şəklində nümayiş olundu və diskussiya formatında müzakirələr aparıldı.