Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

22 oktyabr 2019 | 11:00
     Oktyabrın 21-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Tağı Tağıyev, eyni zamanda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri, Gürgən  qəsəbəsi İƏD üzrə nümayəndəsi və qəsəbə sakinləri iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan natiq Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
     Azərbaycan Republikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev çıxış edərək ölkə rəhbərinin tapşırığına uyğun olaraq RİH başçıları tərəfindən mütəmadi olaraq yerlərdə səyyar-qəbulların keçirildiyini vurğulayıb. Belə görüşlərin təşkilində əsas məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi diqqətə çatdırıldı. Həmçinin, görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini bildirildi.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.
            Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.
 
 
Keçidlər