Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May” adına NQÇİ-də “Mülki müdafiə məşqi” keçirildi

28 oktyabr 2019 | 11:00
    Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2019-cu il üçün təsdiq edilmiş Mülki müdafiə tədbirlər planına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 25 sentyabr 1998-ci il tarixli qərarının 2.4 bəndinə əsasən Pirallahı rayon SOCAR “28 May” adına NQÇİ-də “mülki müdafiə məşqi”-nin keçirilməsi planlaşdırılmışdır.  Məşqin keçirilməsi ilə əlaqədar sənədlərin hazırlanması və tədbirin planda nəzərdə tutulan vaxtda təşkil edilib keçirilməsi Xəzər və Pirallahı rayonları üzrə FH və MM şöbəsi və obyektin rəhbərliyi tərəfindən təşkil edilmişdir.
    Pirallahı rayon SOCAR “28 May” adına NQÇİ-də keçirilən tədbirdə Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, mayor Vüsal Fətullayev, SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırov, Çilov qəsəbə İƏD üzrə nümayəndə İlham İbrahimov iştirak etdilər. Mülki müdafiə qəragahının iştirakı ilə mülki müdafiə orqan  və  qüvvələri  Obyekt MM məşqində iştirak etmək üçün hazır vəziyyətə  gətirildi. Məşq zamanı komandir-rəis heyəti və mülki müdafiə qüvvələrindən 30 nəfər, dəstələrə daxil olmayan işçilərdən 50 nəfər, Təhlükəsizlik idarəsinin 22 saylı komandasının üzvləridən 6 nəfər, 52 saylı Yanğından mühafizə hissəsinin üzvləridən 10 nəfər, Poliklinikanın həkim heyətidən 2 nəfər iştirak etdi. Əlavə olaraq 3 saylı Avtonəqliyyat dəstəsinin maşın mexanizmidən, 2 yük maşınından, 1 yer qazan traktordan, 2 avtobusdan, 1 qaldırıcı krandan, 1 lülkalı qaldırıcı krandan istifadə olundu.
    Məşq obyektin mülki müdafiə rəhbəri Zaur Bağırov və Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor Vüsal Fətullayevin rəhbərliyi altında keçirildi, verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə ciddi diqqət olundu. Məşq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirildi.
    Rəhbər heyətə verilən tapşırıqların yerinə yetirlməsi zamanı obyektin fövqəladə hallar komissiyasının üzvü - baş mühəndisin ƏM və TT üzrə müavini və mülki müdafiə qərargah rəisi tərəfindən yerinə yetirilən işlər və qəbul edilən qərarlar müsbət qiymətləndirildi. Tədbir zamanı qərarların qəbul edilməsində mülki müdafiə qüvvə komandirlərinin və qüvvələrin hazırlıq səviyyəsi qənaətbəxş hesab edildi və mülki müdafiə üzrə öz vəzifə borclarına daha dərindən yiyələnmələri tövsiyyə olundu. Pirallahı rayon SOCAR “28 May” adına NQÇİ-də mülki müdafiə məşqinin keçirilməsi baş tutmuş hesab edildi.
 
Keçidlər