Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin və Rayon Fövqəladə Komissiyasının birgə təşkilatçılığı ilə Pirallahı rayonunda müşavirə keçirilib
27 noyabr 2019 | 11:00
25 noyabr 2019-cu il tarixində Pirallahı rayonunda “2019-cu ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.
Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, həmçinin, payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsindən, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılmasından ibarət olub.
Toplantıda Pirallahı Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri, o cümlədən, FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov payız-qış mövsümünün başladınğını, rayon sakinlərinin işıq və qazdan daha çox istifadə etdiklərini, yanğınların başvermə ehtimalının, dəm qazından boğulma və zəhərlənmə kimi xoşagəlməz hadisələrin qaçılmaz olduğunu qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin və müvafiq maarifləndirmə işlərinin təşkilinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar edilib və çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Toplanış zamanı rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.
Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin, 51 saylı Hərbiləşdirilmiş Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar ediblər. Çıxışlar zamanı Bakı şəhərində 2018 və 2019-cu illərin 9 ayı ərzində baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikası, eləcə də yanğınların baş vermə səbəbləri barədə məlumat verilib, onlardan qorunma yolları barədə praktik tövsiyələr səsləndirilib.
Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi Texniki İstismar Xidmətinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Müşavirədə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Çıxışlarda yanğınların başvermə səbəbləri, onların yaratdığı təhlükələr barədə danışılıb, tövsiyələr verilib, məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub və tədbir iştirakçıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.
Müşavirənin sonunda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov və Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yığıncaqda verilən tövsiyələrin icrasının təmin edilməsi məqsədilə ciddi tədbirlərin görülməsinin və nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar veriblər.