Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda ağacəkmə aksiyası keçirildi

30 noyabr 2019 | 11:00
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayonunda 7000-dən artıq müxtəlif ağac növləri əkilib.  
Ağacəkmə aksiyasında RİH məsul əməkdaşları, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb.
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək.  Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək. Qeyd edək ki, bu təşəbbüs ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük minnətdarlıqla qarşılanıb. Hazırda rayonda aksiya ilə əlaqədar hazırlıq işləri aparılır, ağac əkiləcək ərazilər təmizlənir, hamarlanır, çalalar qazılır. Aksiya zamanı 15000-ə yaxın müxtəlif ağac növlərin əkilməsi nəzərdə tutulub.
 
Keçidlər