Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirildi

06 dekabr 2019 | 11:00
      Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 06 dekabr 2019-cu il tarixdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda 38000-dən artıq müxtəlif növ ağac əkilmişdir.  Ağacəkmə aksiyasında RİH-nin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumilikdə aksiyada 1550 nəfər iştirak etmişdir.
      Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Pirallahı rayonu da bu aksiyadan kənarda qalmamışdır. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, əkilmiş tinglərə və yeni əkilən ağaclara aqrotexniki qulluq göstərmişlər. Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcəkdir.
      Pirallahı ən gənc rayon olmasına baxmayaraq, ölkə başçısının diqqət və qayğısı nəticəsində artıq Bakı rayonları arasında öz layiqli yerini tutmuşdur. Dövlət başçısının dediyi kimi, “Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilmişdir”. Yaradıldığı 6 il müddətində ölkə başçısının rayona 6 səfəri baş tutmuşdur ki,  bunlardan da üçü Birinci-vitse prezident Mehriban xanım Əliyeva ilə birlikdə olmuşdur. Bu səfərlər zamanı rayonda çoxsaylı sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış və təməlqoyma mərasimləri reallaşmışdır.
      Dekabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də Pirallahı rayonunda olmuşdur. O, Pirallahı qəsəbəsinin girişində 2015-ci ilin dekabrında dənizdə neft platformasında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış adidəni ziyarət etmiş, abidənin önünə gül dəstəsi qoymuşdur. Abidənin ətrafında neftcilərin xatirəsinə 33 ədəd ağac əkilmişdir. R.Abdullayev sonra Pirallahı qəsəbəsində, “Abşeronneft” NQÇİ-nin ərazisində həyata keçirilən ağacəkmə aksiyasında da iştirak etmişdir.
 
 
 
 
 
 
 
Keçidlər