Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda tədbir keçirilib

11 dekabr 2019 | 11:00
     Dekabrın 10-da Pirallahı Rayon İcra Hakimiyyətində “Səhiyyə sahəsində əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında tədbir keçirib. Tədbirdə RİH əməkdaşları, rayonun idarə, təşkilat, müəssisələrin rəhbərləri, sahibkarlar iştirak etdilər.
       Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumat verdi. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olundu. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirmələrinin vacibliyi vurğulandı.
    Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi və onun “Əmək müqaviləsi bildirişi” alt sisteminə inteqrasiyası barədə də iştirakçılar məlumatladırıldı. Bildirildi ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bu altsistem onlara qısa müddətdə lazım olan işçi qüvvəsi ilə təmin edilməyə imkan verir. İşsiz və işaxtaran vətəndaşlar “Məşğulluq” altsistemi vasitəsilə mövcud vakansiyalar üzrə istənilən vaxt e-qaydada müraciət edə, altsistemdə onlar üçün təklif edilən işlərdən özlərinə uyğun olanı seçə bilərlər.
      Tədbirin sonunda iştirakçıların əmək qanunvericiliyi və “Məşğulluq” altsistemi ilə bağlı sualları cavablandırıldı.
 
Keçidlər