Pirallahı məktəbliləri arasında bilik yarışması keçirilib
20 dekabr 2019 | 11:00
Dekabrın 20-də 168 nömrəli tam orta məktəbdə Pirallahı məktəbliləri arasında "Xəmsə" intellektual oyunu formasında bilik yarışı keçirilib. Yarışda 168, 186, 231, 235 nömrəli tam orta məktəblərindən 20 nəfər şagird iştirak edirdi. İntellektual yarışda Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrini və vətənpərvərlik mövzularını əhatə edən suallar səsləndirildi.
Oyunun nəticəsinə görə, 243 nömrəli tam orta məktəbin komandası yarışda daha fəal iştirak edərək I yerə layıq görülmüşdür. Qalib komanda diplomla təltif olundu.
Qeyd edək ki, yarışın əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onların intellektual səviyyəsini qiymətləndirmək, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir.