Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust “Xəzər günü” ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təmizlik aksiyası keçirildi

12 avqust 2022 | 12:15
       12 avqust 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Pirallahı sahilində təmizlik aksiyası keçirildi. Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və RİH-in əməkdaşları, RİH yanında İctimai Şuranın üzvləri, idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdi. Keçirilən aksiya zamanı 2.5 hektar ərazi tullantılardan təmizləndi, toplanılan zibillər çeşidlənərək qablaşdırıldı və aidiyyəti üzrə daşındı.
       “Xəzər günü” ilə əlaqədar keçirilən təmizlik aksiyası ilə yanaşı, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyəti haqqında maarifləndirmə görüşü təşkil olundu. Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verildi, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirildi.
        Qeyd edək ki, 2006-cı ildə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.
Keçidlər