Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi yaradılır

06 oktyabr 2013 | 10:00
Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 715) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissəyə aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi;”;
2.2. 7-ci hissəyə aşağıdakı məzmunda 7.7-1-ci bənd əlavə edilsin:
“7.7-1. Bakı şəhəri Pirallahı rayonu;”;
2.3. 13-cü hissəyə aşağıdakı məzmunda 13.4-1-ci bənd əlavə edilsin:
“13.4-1. Bakı şəhəri Pirallahı rayonu;”;
2.4. 19-cu hissəyə aşağıdakı məzmunda 19.7-1-ci bənd əlavə edilsin:
“19.7-1. Bakı şəhəri Pirallahı rayonu;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin yaradılması ilə əlaqədar olaraq həmin məhkəmənin fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
3.2. bu məhkəmənin yaradılması ilə bağlı onun aparatının formalaşdırılması üçün maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 4 oktyabr 2013-cü il.
Keçidlər