Səyyar “ASAN xidmət” 910 nəfər Pirallahı sakininə xidmət göstərib
29 dekabr 2019 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
16.12.2019-28.12.2019-cu il tarixlərində Pirallahı rayonunun sakinləri də səyyar “ASAN xidmət”dən yararlanıblar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Pirallahı qəsəbəsində, Rayon İcra Hakimiyyətinin qarşısındakı ərazidə xüsusi yer ayrılmışdır, hər cür şərait yaradılmış və əhali arasında müvafiq təbliğat işləri aparılmışdır.
Göstərilən müddət ərzində səyyar “ASAN xidmət”ə rayon sakinləri tərəfindən 910 müraciət daxil olmuşdur. Vətəndaşlar əsasən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağlı müraciət etmişdilər.
Rayon sakinləri onlara göstərilən xidmət üçün səyyar “ASAN xidmət” işçilərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.