Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda vətəndaşlarla mütəmadi görüşlər keçirilir və maarifləndirmə işləri aparılır

16 yanvar 2020 | 11:00

    Pirallahı Rayon İcra Hakimiyyətində “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda  tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, "Standard İnsurance " şirkətinin idarə heyətinin sədri Anar Sadıxov, RİH-nin Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, “Standard İnsurance” və “Paşa Sığorta” şirkətlərinin nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və əhali arasında belə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
   Tədbirdə mütəxəssislər tərəfindən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, fərdi qəza sığortası baş vermiş konkret hadisələr ətrafında təhlil edilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
   Əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir.
     Yekunda tədbir iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər