Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası keçirildi

06 oktyabr 2013 | 10:00
  Müstəqil Azərbaycan bu gün bütün sahələrdə mütərəqqi inkişaf yolunda addımlayır. Qurucusu və memarı ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasət artıq 10 ildir ki,  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda hər bir sahədə, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Mövcud yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması deyilən fikirlərə əyami misaldır.
 Ötən gün Pirallahı qəsəbəsində ağacəkmə kampaniyasına start verildi. Rayon ərazisində ekoloji mühitin daha da yaxşılaşdırılması və yeni yaşıllıqların salınması üçün qəsəbədə əsas magistral yolunun kənarı boyunca, 29-cu məhəllədə və digər ərazilərdə ağaclar əkildi. Aksiya Pirallahı rayon İcra Hakimiyyəti rəhbərliyinin, Aparatın məsul əməkdaşlarının, qəsəbə ziyalılarının, yerli təşkilatların nümayəndələrinın iştirakı ilə baş tutdu. Aksiya zamanı 300 ədəd sərv tingləri əkildi. Ağacəkmə kompaniyasının aqrotexniki qaydalara uyğun keçirilməsi üçün əraziyə maşın və texnika cəlb olunmuşdu. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Rayon ərazisində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.
Keçidlər