Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
24 yanvar 2020 | 11:00
Yanvarın 24-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, RİH əməkdaşları, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəsi Adəm Qasımov 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. A.Qasımov qeyd etdi ki, Neft Daşları qəsəbə nümayəndəliyi öz işini 2019-cu il üçün Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı cənab Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Natiq bildirdi ki, 2019-cu ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. Heydər Əliyev parkında yaşıllığın qorunması və ağacların vaxtında suvarılmasına nəzarət edilmişdir. 2019-cu ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Noyabrın 6-da Neft Daşlarında “Möcüzələr adası”nın 70 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və SOCAR-ın rəhbərliyinin nümayəndələri iştirak etmişdilər. Həmçinin, qeyd edildi ki, 2019-cu il ərzində Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkkili ilə birlikdə mütəmadi olaraq reydlər keçirmiş və yoxlamalar aparmışdır. Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinə Pirallahı Rayon İcra Hakimiyyətindən və digər dövlət orqanlarından daxil olan məktub, sərəncam, əmr və sorğuların icrası vaxtında təmin edilmiş, aidiyyatı üzrə göndərilmişdir. Çıxışın sonunda natiq bildirdi ki, Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyi bundan sonra da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının tapşırıq və tövsiyələrini “Neft Daşları” NQÇİ-in rəhbərliyi ilə birgə əldə rəhbər tutaraq qəsəbənin inkişafı və çiçəklənməsi üçün var gücü ilə çalışacaqdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev öz çıxışında qeyd etdi ki, 2019-cu il ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Qeyd edildi ki, bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Hesabata “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov, “Neft Daşları” NQÇİ-nin əməkdaşları Bahadur Həsənov və Murad Adıgözəlov tərəfindən münasibət bildirildi. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına dair hesabat məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.