Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirir
01 fevral 2020 | 11:00
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi Çilov adasında yerləşən “28 May” NQÇİ-nin uşaq bağçasında tədbir keçirilmişdir.
Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Sonra Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən balaca fidanlara hədiyyələr təqdim olunmuşdur. Öz çıxışında T.İskəndərova “28 May” NQÇI-nin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.