Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirir
07 fevral 2020 | 11:00
Öz missiyasına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti daim tənha və kimsəsiz ailələri öz diqqət və qayğısında saxlayıb. Bu cür aksiyalardan biri Pirallahı rayonunda baş tutdu. Belə ki, tənha, kimsəsiz insanlarla görüş keçirildi. Görüş zamanı QAC-nin Pirallahı rayon bölməsinin sədri İskəndərova Təranə bu kateqoriyadan olan insanların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi və humanitar yardım edildi.