Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110/35/6 kV-luq "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib
10 fevral 2020 | 11:00
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paytaxtın Pirallahı rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib.
Qeyd edək ki, Gürgən qəsəbəsində yeni inşa edilmiş 110/35/6 kv-luq yarımstansiya 63 MVAm gücündə olmaqla hazırda Pirallahı rayonunun Pirallahı və Gürgən qəsəbələrini, Xəzər rayonunun Qala, Zirə, Türkan, Suraxanı rayonun Hövsan qəsəbəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada 2 ədəd 63 MVA gücündə transformator quraşdırılmışdır ki, bunlardan 1 ədədi ehtiyat qurğudur.Yarımstansiya tam olaraq yeni avadanlıqlarla təchiz olunmuş, hava ötürücü elektrik xətləri yeraltı kabellərlə əvəz edilmişdir.