Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi

10 fevral 2020 | 11:00
    Fevralın 10-da Pirallahı Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi.
     Açılış nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğuladı.
    Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığorta olunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verdi.
    Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırıldı.
Keçidlər