Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində nümunəvi həyətlər yaradılır

09 oktyabr 2013 | 10:00
 Prezident İlham Əliyevin rəhbərliyi sayəsində artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməkdədir. Respublikamızda  geniş vüsət alan  sosial-iqtisadi  inkişaf, aparılan quruculuq və abadlıq işləri  regionlarla yanaşı Bakı və onun ətraf qəsəbələrinin simasını da tamamilə dəyişir. Həyata keçirilmiş kompleks tədbirlərin müsbət nəticəsi həm qəsəbələrin infrastrukturunda, həm də insanların rifah halında açıq-aydın müşahidə olunur.  Prezident İlham Əliyevin həyata keçirtdiyi sosial-iqtisadi islahatlar nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli 519-İVQ №-li Qanunla Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonudur.
 Pirallahı qəsəbəsində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz çəpərləmələrdən, yöndəmsiz köşklərdən, məhəllələrin daxilində uşaq meydançalarının və sakinlərin istirahət üçün nəzərdə tutulmuş yerlərdə səliqəsiz formada tikilmiş  fərdi qarajlardan azad olunan ərazilərin siması bu gün dəyişməkdədir. Təmizlənən ərazilərin yerində istirahət guşələri, uşaq meydançaları, kölgəliklər yaradılır. Bu məqsədlə Pirallahı qəsəbəsində nümunəvi həyətlərin qurulmasına start verilib. Belə həyətlərdən biri də 29-cu məhəllədir. Qeyd edək ki, bir müddət əvvəl bu məhəllədəki mövcud şərait sakinlərin ekoloji baxımdan sağlam və rahat yaşayışı üçün çox əlverişsiz idi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən məhəllədə geniş quruculuq və abadlıq işlərinə başlandı. Buradakı xeyir-şər evi tam və əsaslı şəkildə təmir  olunaraq sakinlərin istifadəsi üçün demək olar ki hazır vəziyyətə gətirilib. Məhəllə daxili su, kanalizasiya və qaz xəttləri tamamamilə  yenilənib, yolların, səkilərin və yaşıllıqların kənarına 2300 metrədək bardür daşları düzülüb. Əraziyə 120 m3 torpaq və çınqıl daşı gətirilərək təyinatı üzrə lazımi hissələrə yayılıb. Məhəllədə 2 ədəd kölgəlik quraşdırılıb və daha 1 kölgəliyin quraşdırılması nəzərdə tutulub. Artıq məhəllə daxilində və ətraf ərazilərdə 300 ədəd küknar ağacı əkilib. Məhəlləyə bəzək kollarının və qazonun əkilməsi, həmçinin 10277 m2 sahəyə asfalt döşənməsi üçün hazırlıq işləri aparılır. Ərazidə yerüstü suların, əsasən də yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılıb. Məhəllənin işıqlandırılması üçün 16 ədəd estetik baxımdan müasir və elektrik enerjisinə qənaət edən işıq dirəkləri basdırılıb. Həyətdə azyaşlı uşaqlar üçün nəzərdə tutulan meydançada əyləncə qurğuları inşa olunacaq.
  Pirallahı qəsəbəsinin bütün məhəllələdində belə nümunəvi həyətlərin yaradılması nəzərdə tutulub.
Keçidlər