Pirallahı Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş tərkibdə iclası keçirildi
22 fevral 2020 | 11:00
21 fevral 2020-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun idarə, müəssisə, təşkilatlarının təmsilçiləri, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
İlk öncə yığıncaq iştirakçıları Rayon İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.

Sonra qonaqlar rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən videoçarx izlədilər.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz çıxışında yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə, fevral ayının 3-də isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan müşavirə keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin 2019-cu ilin sosial islahatlar ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. 2019-cu ilin əvvəlində imzalanan sosial tədbirlər paketi 4 milyondan çox insanı əhatə edir. “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilməsi Azərbaycanın inkişafının bariz nümunəsidir. Ölkə başçısının 2019-ci ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də rayonda bununla əlaqədar bir sıra tədbirlərin keçiriləcəyini vurğuladığını nəzərə çatdırıb.
Son yeddi ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi.
Natiq çıxışı zamanı xüsusi qeyd etdi ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuza üç dəfə səfər etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed-Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. Zavodda 150 yeni iş yeri yaradılmışdır. Burada inşa olunan dərman preparatları zavodunda tikinti-quraşdırma işləri başa çatdırılmaq üzrədir. Zavodda dərman vasitələrinin istehsalı və qablaşdırılması işləri aparılacaqdır. Eyni zamanda, Sənaye Parkının ərazisində zəfəran mənşəli dərman vasitələrinin istehsalı zavodun inşasına başlanılmışdır.
Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə hər biri 72 mənzilli olmaqla 2 və 1-i 162 mənzilli olmaqla 306 mənzildən ibarət 3 döqquzmərtəbəli, 220 şagird-yerlik bir məktəb binası istifadəyə verilmişdir. 5 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kompleksin açılış mərasimdə iştirak etmişlər.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva RİH və YAP inzibati binalarının, Gənclər Mərkəzinin, “Mirvari” Parkının, “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılış mərasimində iştirak etdilər. Həmçinin, qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular.
Diqqətə çatdırıldı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Bakı şəhər rayonları arasında yaradılacaq ilk “Pirallahı Uşaq Günərzi və Reabilitasiya” və “Ahılların Günərzi Qayğı” Mərkəzləri istifadəyə verildi.
Hesabat dövrü ərzində “9 № li Yol İstismarı” MMC tərəfindən Kamil Rzayev, Yavər Əliyev, Sergey Murtuzəliyev, Süleyman Bağırov, Səməd Vurğun, Qurban Abbasov küçələrində, 40-cı məhəllədə və Gürgən qəsəbəsində ümumilikdə 23034,65 m2 asfalt-beton örtüyü təmir olunmuşdur.
Həmçinin natiq bildirdi ki, rayonumuzda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, hesabat dövründə açılışı olan digər bir müəssisə Rusiya Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC - “Dərman vasitələrinin istehsalı və qablaşdırılması” zavodudur. Zavodun əsas məqsədi respublikanın idxaldan asılılığının azalmasına, iqtisadi potensialının güclənməsinə xidmət etməkdir. Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyaları əsasında onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal edilməsi nəzərdə tutulub.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, il ərzində rayon ərazisində İDEA İB-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 65.000-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. Həmçinin qeyd edildi ki, “Nərəkənd” turizm, istirahət və yaşayış kompleksində işlər davam etdirilir. Layihəyə əsasən burada mehmanxana kompleksi, mini futbol-voleybol meydançalarından,tennnis kortlarından ibarət idman kompleksi, 300 yerlik 2 mərtəbəli restoran, “Mall” tipli ticarət mərkəzi, uşaq istirahət mərkəzi, çimərlik sahəsi, yaxt klub, həvəskar balıqçılıq zonası, sahəsi 220-400 m2 olan 11 ədəd villa tipli 2 mərtəbəli fərdi yaşayış evləri, sahəsi 120-200 m2 olan 82 ədəd villa tipli 1 mərtəbəli fərdi yaşayış evlərinin inşası nəzərdə tutulur.
Hesabat ətrafında çıxış edən “Abşeronneft” NQÇİ-nin rəisi Ramin Quliyev, Pirallahı rayon MKTB-nin baş mühəndisi Niyazi İsmayılov, Pirallahı rayonu üzrə Ağsaqqallar şürasının üzvü Səməd Əhmədov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişdir.
Daha sonra ötən il ərzində sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup şəxsin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.
Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar bizə inamla onu deməyə əsas verir ki, 2019-ci il rayonumuzda yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çatacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar. Pirallahılılar əmin edirlər ki, möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olacaqlar və rayonumuz Bakı şəhəri üzrə birincilər sırasına çıxacaqdır.