Pirallahılılar Xocalı soyqırımının 28-ci ildönümünü yad etdilər
25 fevral 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətində tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri təşkil edilir, ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Fevralın 24-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Mərasimdə RİH əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin əslən Xocalıdan olan insanlar iştirak etdilər.
Tədbirdə ilk öncə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq soyqırım siyasətinə, etnik təmizləmə prinsiplərinə məruz qalmış, zaman-zaman öz tarixi torpaqlarından məhz erməni qəsbkarları tərəfindən qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının deportasiya olunduğu, eyni zamanda, 1988-ci ildən başlayaraq,250 mindən artıq soydaşımızın dədə-baba torpaqlarından məhz ermənilərin məkrli siyasəti nəticəsində vəhşicəsinə köçürüldüyünü də vurğulandı. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrin məhz saxta erməni iddialarının, "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir arzunun nəticəsi olduğu, Azərbaycanın kənd və şəhərlərinin dağılması, on minlərlə günahsız soydaşlarımızın ölümü ilə müşahidə olunduğu söylənildi. Beynəlxalq hüquq normalarına zidd olaraq, işğalçı Ermənistan Dağlıq Qarabağı özününküləşdirmək kimi yanlış bir niyyətindən hələ də əl çəkmir, bu yolda cinayət və vəhşiliklərə də hazır olduğunu nümayiş etdirir. XX əsrin ən böyük faciəsi, qətliamı kimi Xocalı soyqırımının da bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğu, XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu bir daha vurğulandı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət vermək barədə düşünmədi. Qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyən dövlət rəsmiləri öz vəzifələrini qoruyub saxlamaq üçün min bir oyundan çıxdılar. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı Günü kimi qəbul etmişdir. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. natiq sözünə davam edərək vurğuladı ki, Azərbaycan xalqı erməni vəhşiliyini, erməni terrorlarını heç vaxt unutmayacaq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz azad olunacaq və şəhidlərimizin qisası alınacaq. Prezident İlham Əliyev Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bəyan edib: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Diqqətə çatdırıldı ki, fevralın 15-də Münhen Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi.
Daha sonra tədbir iştirakçıları Intiqam Soltanın “Vətən” adlı tamaşasını izlədilər. Sonda məktəblilərinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.