Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür

25 mart 2020 | 11:00

     Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinin icrası ilə əlaqədar koronavirus (COVİD – 19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisində profilaktik dezinfeksiya işləri aparılır.
     Bu məqsədlə Rayon İcra Hakimiyyətində yaradılan Qərargah tərəfindən dezinfeksiya işlərinin aparılması üçün peşəkar işçilər və xidmət sahələri cəlb olunmaqla müvafiq qruplar yaradılıb.
Dərman və texniki avadanlıqlarla təmin olunan qruplar tərəfindən rayon ərazisindəki parklarda, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işlərinin aparılması davam etdirilir.Eyni zamanda, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində, səhiyyə, mədəniyyət, məktəbəqədər təhsil müəssisələrində, idarə və təşkilatlarda dezinfeksiya işləri görülüb.
     Həmçinin rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.

 

Keçidlər