Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

26 mart 2020 | 11:00
    Koronavirus (COVİD-19) və digər infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər aparılmaqdadır.
    Pirallahı Rayon İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu lazım olan avadanlıqlarla təmin edilmişdir.
  Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə rayon ərazisində davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində rayondakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davamlı aparılır.
 
 
Keçidlər