Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir

28 mart 2020 | 11:00
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi məqsədilə Pirallahı rayonunun Pirallahı və Gürgən qəsəbələrində hündürmərtəbəli binaların giriş və ümumi istifadə olunan yerləri, eyni zamanda həyət evlərinin həyətyanı sahələri Benzal 20%, quru Xlor, Kreolin və Deltathrin məhlullarının qarışığından alınmış dezinfeksiya məhlulu ilə dezinfeksiya işləri aparılır.
   Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə rayon ərazisində davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində rayondakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş bloklarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davamlı aparılır.
     Qeyd olunanlarla yanaşı rayon ərazisində yerləşən ictimai iaşə obyektləri: “Laçın market (560 m2), kafe “Keyfiyyət” (120 m2), K.Rzayev küçəsində yerləşən ərzaq mağazaları (60 m2, 70 m2), Y.Əliyev küçəsində “Fidan” market (200 m2), S.Vurğun küçəsində “Ahəs” mağazası (120 m2), Y.Əliyev küçəsində ərzaq mağazası (100 m2) gündə bir necə dəfə dezinfeksiya edilir.
      Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına dezinfeksiya işlərini aparanlar üçün xüsusi geyimlər, dezinfeksiya ləvazimatları və dezinfeksiya məhlulları alınmışdır.
     Rayon ərazisində yaşayan 65 yaş və yuxarı əhalinin siyahıları hazırlanmış, onların içərisində tənha yaşayanlar müəyyənləşdirilərək bu kateqoriyadan olan hər bir sakinlə telefon vasitəsi ilə maarifləndirici söhbətlər aparılmışdır.
      Dayanacaqlarda, alış-veriş mərkəzlərində, ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər, xüsusi təbliğat plakatları yerləşdirilmişdir.
      Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə partiya fəalları və könüllülər Pirallahı rayonunda əhali arasında maarifləndirmə işinin davam etdirilməsi istiqamətində kimsəsiz, tənha qocaların evlərini ziyarət etmiş, zəruri tibbi vasitələr paylamışlar.
 
 
 
 
 
Keçidlər