Pirallahı rayonunda 9 ayın yekunlarına dair hesabat yığıncağı keçirildi
18 oktyabr 2013 | 10:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qazanılan uğurlar 17 oktyabr 2013-cü il tarixində Pirallahı rayonu İcra Hakimiyyətində keçirilmiş 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında bir daha səsləndirildi. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı cənab Vasif İmanov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı rayonunun fəalları iştirak etdilər. 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov açdı. Rayon haqqında qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2013-cü ilin 9 ayında görülən işlər barədə İcra Hakimiyyəti Başçısının hesabatı əks olunan video-çarxa baxmağa dəvət etdi.
Bildirildi ki, rayonun baş planı hazırlanıb başa çatmaq üzrədir. Baş plana əsasən qəsəbədə İnzibati Mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Hesabat döründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizsiyası aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikinti işləri dayandırılmışdır. Ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi ilə əlaqədar, həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə Sərəncam verilmişdir. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisinə artıq başlanmışdır. Eləcə də məcburi köçkünlərin məskunlaşdırılması üçün iki sahədə hər biri 3 ha olmaqla ərazi ayrılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 16 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında 984 N-li Fərman imzalamışdır ki, bu Fərman nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Dövlət Proqramına əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar inşa olunmuşdur.
Bu ilin 9 ayı ərzində Pirallahı rayonu ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, rayonun ilk böyük müəssisəsi saatda 90 kubmetr gücü olan Beton zavodu tikilərək istifadəyə verilmişdir. “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir, inzibati bina tikilir, dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur. Yaxınlıqda yeni Helikopter meydançasının tikintisi üçün müvafiq işlər görülür.
Hal-hazırda rayon ərazisində su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni istilik xətlərinin çəkilməsi, yeraltı elektrik xətlərinin çəkilişi prosesi gedir. 29-cu məhəllədə geniş abadlıq və yenidənqurma işləri görülmüş, su, kanalizasiya, istilik sistemləri, elektrik xətləri dəyişdirilmiş, asfaltlanma işlərinə hazırlıq gedir. S.Bağırov küçəsində və 28-ci məhəllədə 2 ədəd yeni qazanxananın tikintisi başa çatdırılmış, binaları qidalandıran istilik xətlərinin çəkilməsi başa çatmaq üzrədir. Hər iki qazanxanaya layihə üzrə qaz xəttinin çəkilməsi işləri gedir. 40-cı məhəllədəki qazanxana əsaslı təmir olunmuş, qışa tam hazır vəziyyətə gətirilmişdir. Qazanxanaları təchiz edən qaz xəttinin əhalini təmin edən qaz xəttindən ayrılması istiqamətində işlər görülür.
Hesabat dövründə Pirallahı rayonunda sənaye sahəsi üzrə də müəyyən nailiyyətlər əldə edilmişdir. Bütövlükdə 2013-cü ilin 9 ayında Pirallahı rayonu üzrə neft hasilatı 4 mln 563 min 717 ton, qaz hasilatı isə 4 mlrd 443 mln 618 min m3 təşkil etmişdir. Hər üç neftqazçıxarma idarəsinə dəniz nəqliyyatı xidməti göstərən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də hesabat dövründə yüksək istehsalat göstəricilərinə nail olmuşdur.
Təqdirəlayiq haldır ki, Pirallahı rayonunda aparılan geniş quruculuq və abadlıq işləri əhalinin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır və Prezident İlham Əliyevin xalqımızın rifah halının getdikcə yüksəldilməsi məqsədilə Azərbaycanda həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qəbul edilir. Deyilənlərin əyani sübutu kimi payon əhalisinin ölkə başçısına ünvanladığı minnətdarlıq teleqramlarını göstərmək olar.
Mart ayından başlayaraq rayonun ictimai-siyasi həyatında böyük canlanma hiss olunmaqdadır. Dövlət bayramları böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. İyul ayının 17-də Pirallahıdakı V.Mustafazadə adına Mədəniyyət Mərkəzində 300 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası Piallahı rayon təşkilatının Təsis konfransı keçirildi və rayon təşkilatı yaradıldı. Oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin yüksək səviyyədə təşkili məqsədilə rayon ərazisində yerləşən seçki məntəqələrində əsaslı təmir işləri görülmüş, seçki məntəqələrinin yerləşdiyi əraziyə gedən yollar və ərazi abadlaşdırılmışdır. Bütün məntəqələr lazımi avadanlıq və inventarlarla təchiz edilmişdir. Görülən işlərin nəticəsi olaraq Pirallahı rayonunda prezident seçkiləri böyük uğurla keçirilmişdir.
2013-cü ilin doqquz ayı ərzində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən qəbullarda 370 nəfər sakin iştirak etmiş, 952 nəfər işlə təmin olunmaq üçün müraciət etmiş, 9 ay ərzində 520 nəfərdən çox sakin rayonun idarə, müəssisə və təşkilatlarında daimi və mövsumi işlə təmin edilmişdir. Şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə müxtəlif bayramlarda və əlamətdar günlərdə yardımlar göstərilir, bu kateqoriyadan olan insanlar daima diqqət və qayğı ilə əhatə edilmişlər. Bildirilmişdir ki, yaxın gələcəkdə növbəti beş ili (2014-2018-ci illəri) əhatə edəcək yeni Dövlət Proqramının hazırlanaraq qəbul edilməsi gözlənilir. Bu proqramda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapacaqdır.
Pirallahı rayonunun yaranmasından keçən 9 ay ərzində görülən işlərin səviyyəsi sübut edir ki, qalan aylarda da qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, ilə yüksək göstəricilərlə yekun vurulacaqdır. Həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işləri onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Üçüncü 5 illik proqram bütün regionlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!”
Hesabat ətrafında çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Neft Daşları” NQÇİ-nin rəis müavini Saleh Yarməmmədov, 168 N-li orta məktəbin direktoru Şakir Mikayılov, rayon ictimaiyyətinin nümayəndəsi Qənimə Sioşvili və başqaları 2013-cü ilin 9 ayında Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etdilər. “Pirallahı rayonunda 2013-cü ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi. Sonda Pirallahı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və pul mükafatları təqdim edildi.