Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür

30 mart 2020 | 11:00
      Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə zəruri profilaktik tədbirlər görülməsi üçün RİHB-nın 16 mart 2020-ci il tarixli Sərəncamı ilə 13 nəfərdən ibarət işçi qrup yaradılmışdır. 
      Koronavirus (COVİD-19) infeksiyasına yoluxmanın qarşısının alınması çərçivəsində Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Pirallahı rayonunun Pirallahı və Gürgən qəsəbələrində hündürmərtəbəli binaların giriş və ümumi istifadə olunan yerləri, eyni zamanda həyət evlərinin həyətyanı sahələri Benzal 20%, quru xlor, Kreolin və Deltathrin məhlullarının qarışığından alınmış dezinfeksiya məhlulu ilə dezinfeksiya edilir.
    29 Mart 2020-ci il tarixində rayonun MKTB tərəfindən Pirallahı qəsəbəsi K.Rzayev (13 bina, 83 giriş, 3182 sakin), S.Vurğun (95 bina, 478 giriş, 1945 sakin), Y.Əliyev küçələrində (124 bina, 184 giriş, 1486 sakin) və 28-ci məhəllədə (5 bina, 26 giriş, 929 sakin) dezinfeskiya işləri aparılmışıdır. Bununla yanaşı Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin və Dövlət Yol Polisinin Pirallahı rayon şöbəsinin inzibati binaları dezinfeksiya olunmuşdur.
     Rayon İcra Hakimiyyəti tərəfindən Mənzil Kommunal Təsərrüfat Birliyinin xidməti ərazilərində əhalinin kütləvi toplanma yerlərində sanitariya gigiyena norma və qaydalarının tələblərinə nəzarətin gücləndirilməsi , tabeçiliyində olan yaşayış və ictimai binalarda , eyni zamanda rayonun bütün küçə və dalanlarında dezinfeksiya işlərinin təşkili və həyata keçirilməsi tələbi qoyulmuşdur.
10 saylı Birləşmiş Şəhər Xəstəxanası “Koronavirusla mübarizə tədbirləri” çərçivəsində növbətçilik cədvəli ilə fasiləsiz iş rejiminə keçmişdir. Xəstəxana tərəfindən 14 Mart 2020-ci il tarixindən etibarən 2342 nəfər müayinə olunmuşdur ki, onlardan 68 nəfərində “burun-udlaq yaxması” testi aparılmışdır. Xəstəxana tərəfindən  xidməti ərazidə yaşayan əhali ilə mütəmadi olaraq telefon əlaqəsi saxlanılaraq vəziyyət nəzarətdə saxlanılmaqdadır.
     18 Saylı Təcili Tibbi Yardım Stansiyası tərəfindən Koronavirusla mübarizə tədbirləri çərçivəsində çağırışlar zamanı həkimlər maarifləndirmə işləri aparmaqdadır, stansiyada və sanitar avtomobillərdə sanitar-gigiyenik və əksepidemik tədbirlər görülmüşdür. Bütün işlər yuxarı səhiyyə orqanlarının tapşırıqları əsasında, stansiya rəhbərliyinin nəzarəti ilə həyata keçirilmişdir.
Pirallahı Rayon Polis Şöbəsi tərəfindən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar rayon ərazisində 65 yaşdan yuxarı insanların evdən çıxmaması, küçələrdə, parklarda və s. ictimai yerlərdə əhalinin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qarşısı alınmaqla, insanlararası təmaslarda iki metrlik məsafənin saxlanılması tövsiyyə edilmişdir.  Bununla yanaşı hər gün 24 saat ərzində post-patrul xidmətinin əməkdaşları tərəfindən avtopatrulda səsgücləndirici vasitəsilə hər 2 saatdan bir əhalinin çölə çıxmaması ilə bağlı xəbərdarlıq edilir. Rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısı tam alınmış, ərzaq mağazaları və apteklərdə olan növbələrə nəzarət tam gücləndirilmişdir. Həmçinin ehtiyacı olan 65 yaşdan yuxarı sakinlərə post-patrul xidmətinin əməkdaşları tərəfindən köməklik edilir.
     Pirallahı rayon Gigiyena  və Epidemiologiya Mərkəzi tərəfindən “Yeni 2019-nCoV koronovirus” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə  rayon ərazisində mövcud 7 orta ümumtəhsil məktəbləri rəhbərlərinə, uşaq bağçalarının rəhbərlərinə təkliflər verilmişdir.Verilmiş təkliflərin əsasında qeyd olunan müəssisələrdə sanitariya-gigiyena, əksepidemik rejimlərin yerinə yetirilib və profilaktik dezinfeksiya işlərinin Bakı Şəhər Dezinfeksiya  Stansiyasının “Suraxanı rayonlararası bölməsi” MMC tərəfindən həyata keçirilməsi təşkil olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən bütün məktəb, bağça və digər obyektlərdə 2 dəfə  dezinfeksiya işlərinin aparılmasına nail olunmuşdur.
      10 və 16 saylı Birləşmiş Şəhər Xəstəxanalarında daima sanitariya-gigiyena və əksepidemik rejimə əməl edilir, tibb müəssisələrində yeni koronovirus infeksiyasına şübhəli xəstələrin hospitalizasiyası üçün palataların ayrılması və lazımi avadanlıqlarla təchiz olunması işləri həyata keçirilmişdir. Tibb müəssisələrində virus əleyhinə dərman preparatlarının, dezinfeksiyaedici vasitələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatlarının yaradılması işləri aparılmışdır. Yeni koronovirusa  yoluxma ehtimalı olan şəxslər barədə məlumatlar olduğu hallarda həmin şəxslərin 21 gün müddətində tibbi müşahidədə saxlanılmasına nəzarət təşkil olunmuşdur.
10 və 16 saylı Birləşmiş Şəhər Xəstəxanalarının Poliklinika şöbələrinə, Töhfə Tibb Mərkəzinə və 18 saylı TTYS-na müraciət edən hər bir qızdırmalı şəxs əməkdaşlar tərəfindən nəzarətə götürülür, xəstələnmə səbəbləri araşdırılır.
     Rayon ərazisindəki bütün ticarət , iaşə , məişət xidməti və digər obyektlərin sahibkarlarından obyektlərdə dezinfeksiya işlərinin təşkilinin və çalışan işçi personalının isə fərdi qoruyucu vasitələrdən (xalat,əlcək , maska) istifadə etməsinin vacibliyi barədə maarifləndirmə işləri aparılır.
     Qeyd edək ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq rayon ərazisində məskunlaşan 65 və yuxarı yaş həddində olan şəxslərin evlərindən çıxmalarının qarşısının alınması məqsədilə rayonda 6 qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş könüllülər vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
     Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə qəsəbə, məhəllə və küçələr üzrə təbliğat işlərinin aparılması üçün 8 mobil qrup yaradılmışdır və hər bir qrup əhali arasında izahat işləri aparmaqdadır.
     Hal –hazırda  rayon ərazisində COVİD-19-la əlaqədar vəziyyət stabildir və nəzarət yüksək səviyyədə davam etdirilir.
 
 
 
 
 
Keçidlər