Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi humanitar fəaliyyəti davam etdirir

25 noyabr 2022 | 10:31
     Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Pirallahı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir.
       Noyabr ayında AzQAC-ın Pirallahı rayon bölməsi tərəfindən bölmənin qeydiyyatında olan aztəminatlı şəxslərə ərzaq bağlamaları paylanılıb.
 Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən ailələr dövlətimizin qayğısını daim hiss etdiyini xüsusi vurğulamışlar.
Keçidlər