Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti tərəfindən 350 aztəminatlı ailəyə yardım edilib

11 aprel 2020 | 11:00

   Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Pirallahı rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Aprel ayının 9-da və 10-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Rayon İcra Hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 350 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
     Bununla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 8 mobil qrup əhali arasında maarifləndirmə izahat işlərini davam etdirir, vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

 

Keçidlər