Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım aksiyası mütəmadi olaraq davam etdirilir

21 aprel 2020 | 11:00
      Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Pirallahı rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
      Pirallahı rayonunda pandemiyanın yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tərtib olunmuş qrafikə əsasən bütün küçələr, magistral və məhəllədaxili yollar, çoxmənzilli yaşayış binaları, həyət evləri, eləcə də məcburi köçkünlərin məskunlaşdığı 300 nəfərlik Yeni Yaşayış Kompleksi, bundan əlavə inzibati binalar, rayon ərazisində yerləşən bütün uşaq bağçaları və məktəblər mütəmadi olaraq dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə canlı qüvvə və  lazımi texnika cəlb olunmuşdur.
     Pirallahı rayonunda dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri də aparılır. Vətəndaşlara karantin qaydalarına ciddi riayət edilməsinin və xüsusi ehtiyac yaranmadığı halda evdə qalmanın vacibliyi barəsində geniş məlumat verilir.
       Koronavirusla mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz ailələrə, imtiyazlı ailələrə diqqət artırılır. RİH tərəfindən yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 6 ədəd mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
     Rayonda aztəminatlı, tənha, ahıl insanlar da daim diqqət mərkəzində saxlanılır. Xüsusi komissiyanın araşdırmaları nəticəsində rayon ərazisində bu qəbildən olan insanların sayının 700-ə nəfərə yaxın olduğu müəyyən edilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 500-dən artıq aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha və kimsəsiz insanlara ərzaq və maddi yardımlar göstərilib.
      Əhaliyə göstərilən bu diqqət və qayğıya görə rayon əhalisi ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnərdarlığını bildirdi.
       Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fiziki və hüquqi şəxslər tərəfindən rayon əhalisinə göstərilən yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.
 
 
 
 
 
Keçidlər