Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir
22 aprel 2020 | 11:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları davam etdirilir.
Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə bir sıra təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi fasiləsiz olaraq davam etdirilir. Bu günə kimi Pirallahı rayonu ərazisində yaşayan 800 aztəminatlı ailəyə ərzaq yardımları paylanılmışdır. Bu gün də daha 130 ailəyə ərzaq bağlamaları paylanılıb. Bunlardan 50 ədədi “CMS Properties” MMC tərəfindən paylanılmışdır. Qeyd edək ki, paylanılan ərzaq yardımlarında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, Çernobıl, Böyük Vətən Müharibəsi və “20 Yanvar” faciəsi əlillərinə xüsusi diqqət ayrılmışdır. Paylanılan yardımlarda Ramazan ayında oruc tutan dindarlar nəzərə alınmış və ərzaq məhsularının təkibinə xurma da əlavə edilmişdir.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayon əhalisinə göstərin yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.