Pirallahıda tənha yaşayan insanlara və aztəminatlı ailələrə ərzaq bağlamaları paylanıldı
03 may 2020 | 11:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları davam etdirilir.
Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə bir sıra təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi fasiləsiz olaraq davam etdirilir. Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Pirallahı rayonunda 50-dən artıq aztəminatlı ailəyə köməklik məqsədilə ərzaq yardımı göstərib. Qeyd edək ki, bu günə kimi Pirallahı rayonu ərazisində yaşayan 1100-dən artıq aztəminatlı ailəyə ərzaq yardımları paylanılmışdır. Paylanılan ərzaq yardımlarında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, Çernobl, Böyük Vətən Müharibəsi və “20 Yanvar” faciəsi əlillərinə xüsusi diqqət ayrılmışdır. Aksiya iştirakçıları, həmçinin vətəndaşlara koronavirus infeksiyası ilə mübarizədə ölkəmizdə, o cümlədən Pirallahı rayonunda həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verərək, onları evdə qalmağa, dövlətin koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmağa çağırıblar.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayon əhalisinə göstərin yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.