Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirib

04 may 2020 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun sədrliyi ilə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi yumşaldıcı Tədbirlər Planı ilə əlaqədar onlayn müşavirə keçirilib.
    Müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və dezinfeksiya işlərinin gedişi müzakirə olunub.
     Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə aztəminatlı ailələrə, xüsusi ilə də yaşı 65-dən yuxarı olan tənha şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, rayon əhalisinin şəxsi gigiyenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına dair tapşırıqlar verilib. Sakinlər ilə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan V.İmanov bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb.
     Qeyd edək ki,  bu günə kimi Pirallahı rayonu ərazisində yaşayan  1123 aztəminatlı ailəyə ərzaq yardımları paylanılmışdır ki, onlardanda 162 ərzaq bağlaması Heydər Əliyev fondu tərəfindən verilmişdir.
 
Keçidlər