Şriftin ölçüsü :

Saytın rəngi :

Hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir

24 oktyabr 2013 | 10:00

  Ölkəmizdə sosial-iqtisadi göstəricilərin artımının nəticəsidir ki, hazırda Azərbaycan dünyanın ən islahatçı və dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Qazanılmış müvəffəqiyyətlərin əsasında daxili və xarici siyasi-iqtisadi amillər nəzərə alınmaqla, gələcək perspektivlərə hesablanmış dövlət proqramlarının, verilmiş tapşırıqların vaxtında icrası dayanır.
 Dövlət başçısı İlham Əliyev cənablarının qeyd etdiyi kimi, Avropanın bütün yeni layihələri ölkəmizdə reallaşdırılacaqdır. Azərbaycanın sosial-iqtisadi inkişafının nəticəsində ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır, infrastruktur dəyişilir, təkmilləşir, yeni obyektlər istifadəyə verilir.
  Belə müəssisələrdən biri də Pirallahı rayonunda fəaliyyətə başlayan və müasir avadanlıqlarla təchiz edilmiş, istehsal prosesi tam avtomatlaşdırılmış Beton zavodudur. Səməd Vurğun küçəsində yerləşən və ərazisi 1 hektardan artıq olan müəssisənin istehsal gücü saatda 90 kub metr beton təşkil edir. Zavodda 10-dan artıq işçi calışır. Hazırda 10-a yaxın markada beton istehsal edə bilən müəssisədə istehsalın keyfiyyətinə tam nəzarət etmək üçün müasir laboratoriya da yaradılır. Hazır beton məhsulunun daşınması üçün 4 ədəd Almaniyanın “Man” şirkətinin istehsalı olan mikser maşını və bir ədəd pompa avtomobili alınıb. Zavoda xammal olaraq çınqıl Quba rayonundan, qum isə Mingəçevirdən gətirilir.

Keçidlər