Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda maarifləndirmə və dezinfeksiya işləri davam edir

08 may 2020 | 11:00

   Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Pirallahı rayonunda tibbi-profilaktik, maarifləndirici  və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
   Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə rayon ərazisində davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində rayondakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davamlı aparılır.
   Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan işçi qruplar tərəfindən aparılan monitorinq zamanı müxtəlif xidmət sahələrində  çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb. Mövcud vəziyyətlə əlaqədar olaraq  işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsi labüdliyi bildirildi. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilib. Görüşlərdə obyekt sahiblərinə  xidmət sahələrində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər paylanılıb. Bildirilib ki, metodiki göstərişlər müxtəlif ticarət və xidmət sahələrində çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. 
   Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Nazirlər Kabinerinin 01 may 2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.), ictimai-iaşə müəssisələrində, turizm və hotelçilik sektorunda, ictimai nəqliyyatda, vətəndaşların qəbulunu həyata keçirən qurumlarda, müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə  koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlanıb.

 

 

Keçidlər