Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının inkişafında Cənab Prezident İlham Əliyevin danılmaz rolu

13 may 2020 | 11:00
Tarixin ən gözəl səhifəsində yerləşən doğma diyar, qəhrəmanlar ölkəsi-Azərbaycan-yeraltı və yerüstü sərvətləri, tanınmış şəxsiyyətləri, zəkalı insanları, qəhrəmanları və verimli torpaqları ilə daim diqqət mərkəzində olmuşdur. Mürəkkəb coğrafi mövqedə yerləşməsinə baxmayaraq, aparılan düzgün və balanslı siyasətlə ölkəmiz bugün də diqqət mərkəzində qalmaqdadır. Azərbaycan irəliyə doğru  inkişaf içindədir. Şübhəsiz ki, bu inkişafda səriştəli və qətiyyətli insan amili mövcuddur.
Hər kəsə məlumdur ki, keçən əsr Azərbaycan üçün mürəkkəb bir dövr olmuşdur. Saysız-hesabsız çətinliklərə baxmayaraq, öz qanı və qəhrəman övladları hesabına müstəqilllik qazanan ölkəmiz qısa bir müddətdə iqtisadiyyatın bütün sahələrində də irəli getməyə nail oldu. Hətta 2008-ci il qlobal böhranı dövründə belə Azərbaycan bir çox Qərb ölkələri kimi geriləmədi və öz inkişaf konsepsiyasını saxlaya bildi. Bu bir daha bütün dünyaya göstərdi ki, Prezident İlham Əliyev  tərəfindən həyata keçirilən daxili və xarici siyasət düzgündür və zamanın tələblərinə uyğundur.
Fəaliyyəti dövründə daim xalqının firavan gələcəyini düşünən ölkə başçısı cənab İlham Əliyev tərəfindən əhalinin normal yaşaması, sahibkarlığın sürətli inkişafı və dövlətimizin fasiləsiz inkişafı üçün kompleks tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə insanların həyat şəraiti yüksəlir, sahibkarlıqla bağlı bir çox güzəşt və subsidiyalar tətbiq olunur. Ən vacibi odur ki, Azərbaycanın iqtisadiyyatı son 15-20 ildə 3 dəfə artmışdır. Bu real və danılmaz faktdır.
Bunlarla yanaşı, Cənab Prezident tərəfindən həyata keçirilən xarici siyasət də təqdirəlayiqdir. Xarici siyasətin tərkib hissəsi olaraq ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli qurumun üzvüdür. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının 2011-ci ildən bəri üzvü olan Azərbaycan, cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdi. Bu hərəkatda təmsil olunmağın ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, burada müzakirə olunan məsələlər BMT-ə çıxarılır. Bununla da Qarabağ münaqişəsinə bir daha diqqət cəlb etmək imkanı əldə edilir. Bu hərəkatda üzvlük həm də Azərbaycanın hərbi bazalarını öz ərazisindən başqa, digər dövlətlərin ərazisində yerləşdirməyi planlamadığına əyani sübutdur. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.
Heç kimə sirr deyil ki, bu gün dünyamız dəhşətli pandemiya bəlasına düçar olmuşdur və bir çox ölkələr pandemiya ilə mübarizədən layiqincə çıxmaqda çətinlik çəkməkdədir. Çox təəssüf ki, hətta inkişaf etmiş ölkələrdə belə səhiyyə sistemi kifayətsiz qalmaqdadır. Ancaq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gördüyü qabaqcıl tədbirlər nəticəsində bu gün Azərbaycan minimum  itki ilə pandemiya ilə mübarizə aparmaqdadır. Buna görə Azərbaycan dünyada nümunəvi ölkə kimi qəbul edilir və Prezidentin gördüyü qabaqcıl tədbirlər beynəlxalq səviyyədə təqdir olunur. Təkcə bu faktı bilmək kifayətdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru T.A. Qebreyesus tərəfindən Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir və Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Bütün bu faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkəmiz hal-hazırda dünyada donor ölkəyə çevrilmişdir və bir çox ölkələrə maliyyə yardımları göstərməkdərir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına da könüllü maliyyə yardımı ayırmışdır. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir. Dövlətimizin başçısı bu barədə deyib: “Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Bu onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.
Pandemiyadan zərər çəkən şəxslərə də dövlət qayğı göstərməkdədir. Belə ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə məşğulluğa və sosial rifaha dəstək məqsədilə təqribən 600 min nəfərə birdəfəlik 190 manat həcmində maddi yardım, aztəminatlı ailələrə isə mütəmadi olaraq humanitar yardımlar göstərilməkdədir. Bundan əlavə, ölkə daxilində işsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul edilib, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaqdır. Dövlət tərəfindən göstərilən dəstəklərə, vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişləri və bank kreditləri xidmətlərində güzəşt şərtlərini də əlavə etmək mümkündür. Bu dəstəklər ölkə başçısının xalqının yanında olduğunun sübutudur. Xalq bu gün olduğu kimi hər zaman prezidentinin dəstəyini yanında hiss etmişdir. Bunun üçün də xalqımız Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və onun ətrafında sıx birləşməyə davam edir. Mən də öz növbəmdə bildirmək istəyirəm ki, Cənab Prezident, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq.

       Pirallahı rayon Ağsaqqallar Şurasının sədri –Məmmədov Fazil Camo oğlu

Keçidlər