Şriftin ölçüsü :

Saytın rəngi :

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında və Qoşulmama Hərəkatında fəaliyyəti Dövlət Başçımızın dünya miqyasında Liderlik keyfiyyətini bir daha təsdiq etdi

13 may 2020 | 11:00
Hazırda  dünya gündəmini zəbt edən və aradan qaldırılması üçün gücləndirilmiş tədbirlərin həyata keçirilməsini bir tələbə çevirən “COVİD-19” Pandemiyası, eyni zamanda birgə əməkdaşlığın, həmrəyliyin önəmini aktuallaşdırır.
  Azərbaycan Respublikasının Prezidenti,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və  Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama hərəkatının videokonfrans vasitəsilə zirvə görüşlərinin keçirilməsi də bu kimi məqamlara bir daha işıq saldı.
   10 aprel 2020-ci ildə təşkil olunan videokonfransda “Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, Dövlət başçıları səviyyəsində koronovirus pandemiyasına həsr olunmuş zirvə görüşünü keçirir” söyləyən ölkə başçısı bildirmişdir ki, bu bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin təzahürüdür.
    Cənab Prezident xüsusi qeyd etmişdir ki, koronovirus pandemiyası qlobal təhlükə olduğu üçün, qlobal cavab tələb edir. Əsas diqqət çəkən məsələ özünütəcrid qaydalarının həyata keçirilməsi, ciddi karantin rejiminin tətbiqi , ən əsası evdə qalmaq kimi prinsipin əsas götürülməsidir.
    Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə  və əməkdaşlığa ehtiyac olduğunu qeyd edən Dövlət Başçımız Azərbaycanın bu xəstəliyə qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etdiyini və bunun sayəsində görülən işlərin daim qurum rəsmiləri tərəfindən yüksək dəyərləndirildiyini və Azərbaycanın pandemiyadan az itki ilə çıxacaq ölkə olacağını böyük əminliklə bildirmişdir.
    Dövlətimizin Başçısı zirvə görüşlərində ölkəmizin iqtisadi imkanları əsasında həyata keçirilən köklü islahatlardan danışaraq, onların uğurlu nəticələrini qeyd etmişdir.
     Azərbaycanın Pandemiya ilə mübarizədə yüksək fəallıq nümayiş etdirərək xəstəliyin əhatəsinin genişlənməməsi, insanların sağlamlığının təminatı istiqamətində yüksək nəticələr əldə etməsində ölkə səhiyyəsinin hazırkı inkişaf səviyyəsi, eyni zamanda həkim və tibbi personal əsas rol oynayır.
    Azərbaycanın öz daxilində əldə etdiyi uğurlar səhiyyə sahəsində hansısa çətinliyin meydana çıxacağı halda onu müvəffəqiyyətlə aradan qaldırmaq üçün yaradılan möhkəm bazadır.
    Dövlət Başçısının qeyd etdiyi kimi pandemiyaya qarşı mübarizənin ikinci tərəfi birlik, həmrəylik nümayiş etdirib ölkələr arasında vahid proqramın hazırlanmasına və tətbiqinə nail olmaqdır.
 Cənab Prezident İlham Əliyevin daim Türk dünyasına müraciətlə səsləndirdiyi “Bizim birliyimizdən çox şey asılıdır” çağırışı öz aktuallığını bu gün də qoruyur.
   Bununla yanaşı Azərbaycanın Dövlət başçısı cənab İ.Əliyevin “Qoşulmama hərəkatı”nın  videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib və təmas qrupunda coğrafi təmsilçilik, həmçinin könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. 40- a yaxın ölkənin Dövlət və Hökümət başçılarının,  Xarici İşlər Nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisidir.Videokonfransda bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun , siyasi təcrübəsinin və uğurlu siyasətinin nəticəsidir.
                    Zirvə görüşündə qəbul edilmiş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Dövlət Başçısına təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
                     Azərbaycan Respublikası Pandemiyaya qarşı görülmüş tədbirlərə görə dünyada nümunəvi ölkə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün ölkəmiz koronovirusa qarşı ən effektiv mübarizə aparanlar sırasındadır.
                 Belə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin koronovirus Pandemiyası ilə mübarizənin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən modul tipli altı xəstəxananın quraşdırılması üçün müvafiq maliyyə vəsaiti ayrılmışdır.
                   Azərbaycan Respublikasının Prezidenti İlham və Birinci xanım Mehriban Əliyeva may ayının 12-də Sumqayıt şəhərində tibbi maska fabrikinin  açılışında iştirak etmişlər.
                 Təsadüfi deyil ki, Dövlət Başçısının "Covid-19" pandemiyasının qarşısının alınmasına dair mübarizədə atdığı qətiyyətli addımlara görə Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir.

                                                                                                              Pirallahı Rayon ziyalısı
                                                                                                            Arzu Abdullayev

Keçidlər