Vəzifə səlahiyyətlərindən sui istifadə halları dövlətə və cəmiyyətə qarşı birbaşa cinayət hesab olunur
14 may 2020 | 11:00
Ölkə Başçımız İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də inqilabi dəyişikliklərə start verdi. Cənab Prezidentin bölgələrə səfəri çərçivəsində birbaşa xalqla görüşü, onların problemləri ilə yerində tanış olması və hər bir məmurdan xalqın yanında olmağını tələb etməsi prezidentlə xalqın birliyinin təcəssümüdür.
Cənab Prezident dövlət məmurlarına dəfələrlə etdiyi xəbərdarlıqlarında bildirir ki, “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
İlham Əliyevin digər sahələrdə apardığı uğurlu islahatları kadr dəyişikliyindən də yan keçmədi. Qısa müddətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, nazirliklərdə və digər dövlət qurumlarında böyük kadr dəyişikliyi həyata keçirildi. İşgüzar və bacarıqlı gənclər dövlətin ən yüksək postlarında təmsil olundular. 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları 2020-ci ilin əvvəllərində də daha geniş vüsət aldı və aparılan islahatlar indi də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan kadr dəyişiklikləri ilə eyni vaxtda, Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması da davam etdirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəblərindən həbs olunmuş dövlət orqanları rəhbərlərinin düşdüyü vəziyyət dövlətçiliyə və xalqa xəyanətdir. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Ölkə Başçısının apardığı məqsədyönlü siyasi kursun fəlsəfəsinin mərkəzində dayanan Azərbaycan vətəndaşı bunu dərk edir və bu istiqamətdə atılan hər bir addımı yüksək qiymətləndirir. Prezident İlham Əliyevin gördüyü işlərin nə dərəcədə uğurlu olduğunu vətəndaşlar tərəfindən göndərilən məktublar da sübut edir.
Cəmiyyətin Prezident ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Əminliklə deyə bilərik ki, bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan dünyada görünməmiş nümunə yarada bilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir. Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən bu tədbirlər dünya ölkələri üçün də nümunədir. Məhz, Ölkə Başçımızın qərarı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin daha tez həyata keçirilməsi bu virusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İstər virusa yoluxma, istər ölüm sayı digər ölkələrlə müqayisədə Azərbaycanda çox aşağıdır. Bunun səbəbi isə odur ki, Azərbaycan Prezidenti daha çevik qərarlar verərək, önləyici tədbirləri reallaşdıraraq, buna nail olub.
Atılan bütün addımlar dövlətin xalqın yanında olduğunu sübut etdi. Verilən qərarlar onu göstərir ki, heç kim dövlətin qayğı siyasətindən kənarda qalmır. Artıq on minlərlə işsiz insana maddi və humanitar yardımlar edilib. Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş “Biz birlikdə güclüyük” adlı sosial aksiya ilə aztəminatlı ailələrə ərzaq paketi paylanılmış, dövlət tərəfindən işsiz olanlara 190 manatlıq kompensasiya təyin edilmişdir.
2020-ci ilin aktual mövzusu olan koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə yaşadığımız Pirallahı rayonunun ərazisində də təxirəsalınmaz tədbirlər davam etdirilir. Belə ki, yaşayış binalarında, dövlət orqanlarının inzibati binalarında, ictimai iaşə obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə dezinfeksiyaedici tədbirlər həyata keçirilir, rayonun mərkəzi yolları xüsusi avtomaşınlar vasitəsilə dezinfeskiya edilir və bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər görülür. Rayon ərazisində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələr də diqqətdən kənarda qalmır. Bu kateqoriyadan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları mütəmadi olaraq davam etdirilir.
Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir. Məhz belə çətin günlərdə hər birimiz məsuliyyəti hiss edərək, bir-birimizə kömək və dəstək olmaqla yanaşı, karantin qaydalarına əməl edərək, ölkə rəhbərliyinin koronavirusla və onun yaratdığı mənfi sosial-iqtisadi nəticələri ilə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq.

Pirallahı rayonunun ziyalısı Manaf Manafov