Şriftin ölçüsü :

Saytın rəngi :

168 №-li tam orta məktəb əsaslı təmir olunur

26 oktyabr 2013 | 10:00
  “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin təhsili haqqında deyib. Daha sonra dövlət başçısı qeyd edib: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
  Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 5 məktəbdən 4-ü əsaslı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 №-li tam orta məktəb, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə də start verilib. Düz 50 il bundan əvvəl tikilmiş binanın ilk növbədə damı təmir ediləcək və dəmir örtük vurulacaqdır. Eyni zamanda elektrik, su, istillik və kanalizasiya xətləri yenilənəcək, sinif otaqları əsaslı təmir olunacaq, kompüterlə təchiz ediləcək otaqlar ümumi şəbəkəyə qoşulacaqdır. İdman zalı da əsaslı təmir olunacaq və lazımi ləvazimatlar, idman avadanlığı ilə təchiz olunacaqdır. Binanın divarları rənglənəcək, döşəməyə yeni parket döşənəcək, həyətə yeni asfalt örtüyü salınacaqdır. Bundan əlavə artan tələbatı nəzərə alaraq məktəb üçün yeni korpusun inşa edilməsi də planlaşdırılır. Bütün işlərin 2014-cü ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulur.
 Xüsusi qeyd edilməlidir ki, 168 №-li məktəb Pirallahı rayonunun ən qabaqcıl ümumtəhsil müəssisələrindən biridir. Məktəbin pedaqoji kollektivi ötən dərs ilində önəmli nəticələrə imza ata bilmişdir. Belə ki, 2012/2013-cü tədris ilində orta təhsili başa vuran 60 məzundan 53-ü ali məktəblərə sənəd vermiş və onlardan 36 nəfəri tələbə adını qazanmışdır. Məktəbi bitirənlərə nisbətən qəbul faizi 58%, sənəd verənlərə nisbətən 68% olmuşdur. Qəbul olunanlardan 28-i dövlət ali məktəblərinə daxil olmuşlar. Bu il 168 saylı tam orta məktəbin məzunlarından 6 nəfər 500-dən yuxarı bal toplamış, o cümlədən 1 nəfər 600-dən yuxarı bal toplamağa müvəffəq olmuşdur.
Keçidlər