Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlər davam etdirilir

16 may 2020 | 11:00
Bütün dünyanı cənginə alan Koronavirus pandemiyası, dünyanı birlik və həmrəylik  olmaq zərurəti ilə üz-üzə qoydu. Pandemiyanın yayılmasının qarşısının alınması üçün insanlar sadəcə öz sağlamlıqlarının deyil, həm də doğmalarının, ətraflarının, ünsiyyətdə olduqları hər bir kəsin qayğısına qalmağı özlərinə borc bildi. Bu dövrdə böyüklərimizə olan hörmət qabardıldı, onlara diqqət və qayğı  ilə yanaşmanın vacibliyi xatırlandı.
Pandemiya ilə mübarizə tədbirləri sadəcə insanların deyil, dövlətlərin də əsas vəzifəsi halına gəldi. Belə ki, dövlət başçıları ölkələrini və vətəndaşlarını qorumaq üçün sərhədləri bağladı, böyük zavod və fabriklərin fəaliyyətini dayandırdı, insanları evdə saxlamaq üçün bütün xidmət sahələrini bağladı. Bunun ölkə iqtisadiyyatına verdiyi böyük zərərlərə baxmayaraq, hər kəs üçün tək məqsəd pandemiyanın yayılmasının qarşısını almaq oldu. Bəzi dövlətlər bu sınaqdan üzüağ çıxsa da, bəziləri çıxa bilmədi. Ancaq fəxrlə deyəbilərik ki, ölkəmiz bu sınaqdan üzüağ çıxdı. Dünyanın ən inkişaf etmiş dövlətləri belə xəstəlik qarşısında aciz qaldığı halda, Azərbaycan vaxtında alınan qabaqlayıcı tədbirlər və düşünülmüş, dəqiq addımlarla pandemiyanı minimum itki ilə sovuşdurmağı bacarır. Şübhəsiz ki, bu ölkə başçısının uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə mümkün oldu. Hər birimiz belə çətin bir dövrdə cənab İlham Əliyev kimi liderə sahib olduğumuz üçün Tanrıya minnətdarıq.
Ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində qısa müddət ərzində  tibbi maska və dezinfeksiyaedici məhlul istehsal edən zavodun, qoruyucu kombinezon istehsal edən müəssisənin, ən müasir standartlara cavab verən 575 pasiyent yerlik tibb müəssisəsinin açılışı oldu. Ölkəmizin müxtəlif bölgələrində modul tipli xəstəxanaların yaradılacağı bildirildi. Bütün bunlar dövlətimizin qlobal pandemiyaya qarşı göstərdiyi sürətli reaksiyasının nəticəsidir. Bu bizə bir daha göstərdi ki, hətta ən gözlənilməz vəziyyətlərə belə dövlətimiz hazırlıqlıdır. Bu hər bir vətəndaşımızda dövlətə olan inamı daha da artırdı.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində indi də respublikamızın hər bir bölgəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. O cümlədən də, mənim yaşadığım Pirallahı rayonunda da koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər fasiləsiz olaraq davam etdirilir. Rayon rəhbərliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün xüsusi qrafik hazırlanaraq, gücləndirilmiş iş rejiminə keçilmişdir.
Rayonda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Pirallahı rayon şöbəsinin, Rayon Mənzil Kommunal-Təsəsrrüfatı Birliyinin mütəxəssisləri və əməkdaşları kütləvi dezinfeksiya işləri həyata keçirirlər. Onların birgə səyləri ilə dezinfeksiyaedici məhlullarla gün ərzində iki dəfə olmaqla rayonun magistral və məhəllədaxili yolları, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri, iznibati binaları mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 60-dan çox canlı qüvvə cəlb olunmuşdur. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib.  Təəssüf ki, rayon ərazisində xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində Rayon Polis Şöbəsi tərəfindən tədbirlər görülür. Onlara xəbərdarlıq olunmaqla yanaşı, bəziləri cərimə edilir, həmçinin inzibati məsuliyyətə cəlb olunurlar.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi karantin rejimi dövrü ərzində Pirallahıda yaşayan 1000-dən çox aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılmışdır və yardımlar vaxtaşırı olaraq davam etdirilir.  Aksiyadan yararlanan hər bir aztəminatlı sakin koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident dərin minnətdarlıqlarını bildirir və onun ətrafında sıx birləşməyə davam edəcəklərini vurğulayırlar.

Pirallahı rayon sakini – Xəyalə Cavanşirli

 

Keçidlər